• 17:56

İntiharı işıqlandırmayın, intihar yoluxucudur!

26 Fevral 2021, 17:26

Son zamanlar artan intihar sayları, depressiyada olan insanları sözün əsl mənasında “motivasiya” etdi. Bəs bu zəncirvari bəlanın qarşısını almaq üçün hansı addımları atmalıyıq? Ümumiyyətlə, bu intiharları sosiallaşdırmaq nə dərəcədə doğrudur?

 

Təəssüflər olsun ki, cəmiyyətimizdə hələ də “günah öldürəndə deyil, öləndədir” aspekti ilə baxan cahil insanlarda az deyil. Ancaq qanun bunu demir. Cinayət məcəlləsinin 125-ci maddəsinə görə bir insanı özünü ödürmək həddinə çatdırmaq, cinayət hesab olunur. Daha ətraflı növbəti sujetimizdə:

 

İntihar edən insanlar çəkdikləri əzabdan qurtulmaq və onları narahat edən hər nədirsə, ondan uzaqlaşmaq üçün bu yola əl atırlar. Hacı Ramil Bədəlovun sözlərinə görə isə özlərini öldürməkdən başqa günahları olmasa belə, İslam dininə görə Allahın verdiyi canı alaraq, ən böyük günahı işləmiş olurlar. 

 

 

Son olaraq onu demək istəyirik ki, uşaqlarınızı öz zamanınıza görə deyil, onların yaşayacağı zamana görə böyüdün.