• 18:12

Göyçayda yaşlı qadın evdə yanaraq ölüb

26 Fevral 2021, 16:44

Göyçayda dəhşətli yanğın hadisəsi baş verib.

 

Hadisə rayonun Kürdşaban kəndində qeydə alınıb. Kənd sakini, 46 yaşlı Muradova Elnarə Cəfər qızına məxsus ümumi sahəsi 110 kvadratmetr olan iki otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsönürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Hadisə zamanı ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlər alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb. Yanğın söndürüldükdən sonra mənzildə ev sahibinin anası, 77 yaşlı Mahmudova Badam Ağası qızının yanmış meyiti tapılıb.

 

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı rayon hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma aparılır.