• 19:16

Mingəçevirdə qarğalar kütləvi şəkildə ölür

26 Fevral 2021, 16:23

Hündür ağaclarda, qida qalıqları çox tökülən zibil poliqonlarında, çox gözə dəyir onlar. Söhbət səs-küylü, uzunömürlu olduğu deyilən canlılardan, qarğalardan gedir. Son günlər Mingəçəvir şəhəri ərazisində bu canlıların kütləvi ölümü müşahidə edilir. Şəhər sakinləri bildirir ki, parklarda, küçələrdə hətta Mingəçevir Şəhər Xəstəxanasının həyətində qarğa leşlərinə son iki həftədə tez-tez rast gəlirlər. Hündür ağaclardan yerə çırpılan quşların, müxtəlif rəngli olması da diqqət çəkir.

 

Qarğaların kütləvi ölümü hər hansı xəstəliyin yayılmasına səbəb ola bilər. Elə bunu nəzərə alan Mingəçevir sakinləri narahatdır. Onlar adiyyatı qurumların tezliklə hərəkətə keçməyə, quşların ölüm səbəbini müəyyən etməyə səsləyiblər.

 

Qarğların kütləvi ölüm səbəbini öyrənmək üçün Mingəçevir şəhər Baytarlıq İdarəsinə müraciyyət etdik. “İdarə rəisi Talıb Talıbov şifahi olaraq bildiridi ki, məsələdən xəbərsizdir. Həmçinin şəhər sakinlərinin idarəyə müraciyyət etmədiyini də dedi.” Biz çəkdik göstərdik, yəqin bundan sonra adiyyatı qurumlar həm ölü qarğaları görəcək, həm də tədbirini.