• 17:25

İsmayıllıda Xocalı faciəsinin ildönümü münasibətilə “Qırmızı qar” fləşmobu təşkil edilib

26 Fevral 2021, 15:24

Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin Gənc Könülülərinin iştirakı ilə şəhərin mərkəzi meydanında fləşmob təşkil edilib. Erməni cəlladları tərəfindən törədilən əsrin faciəsi olan Xocalı  soyqırımının dəhşətləri, insanlığa qarşı işlənmiş ağır cinayətlər, qarlı-şaxtalı havada dinc əhaliyə qarşı erməni vəhşilərinin divan tutması kimi səhnələr öz əksini tapıb.

 

Fləşmobun ardınca gənclər Xocalı qurbanlarının xatirəsinə ucaldılmış “Ana abidəsi”ni ziyarət edib. Qətlə yetirilən soydaşlarımızın qisasının alınması münasibətilə havaya dilək şarları uçurdulub.