• 18:25

Xocalı şahidi: “Qumbara atdılar, 30-40 nəfəri parça-parça etdilər”

26 Fevral 2021, 11:43

Dəhşətli gecədə oda ən əzizlərini itirib. Yenicə ailə quran tək oğlunu, hamilə gəlinini və özünün ömür gün yoldaşını. Həmin müdhiş gecənin şahidlərindən olan 81 yaşlı Xocalı sakini Baloğlan Allahyarov Mingəçevirdə məskunlaşıb. Ailəsi məhv olan ahıl kişi indi şəkillərə baxıb,onları ürək ağrısı ilə xatırlayır. Oğlu Etibar Allahyarov Xocalı faciəsi zamanı 21 yaşında olub. O, hərbçi olduğundan dəhşətli gecədə şəhəri tərk etməyib aeroport tərəfə gedərək orada itkin düşüb. Bizi çayı keçirməyə əsgər köməy eldi. Meşəyə keçəndə hamilə gəlinim Çiçək Allahyarovanı snayper vurdu, həyat yoldaşım Qəmzəni isə 5-45-lə qanına qəltan elədilər meydləri meşədə qaldı.

 

 Artıq gözlərimin də nurunu itirmişəm. Amma həmin faciəni yaşayan bir insan kimi bütün bunları deməliyəm ki, qoy gələcək nəsillərimiz ermənilərin necə vəhşi, riyakar, qaniçən olduğunu bilsinlər. Qumbara atdılar 30-40 adamı parça tikə etdilər.

 

 Baloğlan Allahyarov Mingəçevirdə yenidən ailə quraraq 2 oğul atası olub. Onlardan birinə hələ də itkin olaraq qalan övladı Etibarın adını verib. Ölkə başçısı İlham Əliyev və 1-ci vitse prezident Mehriban Əliyeva  Mingəçevir şəhərinə səfər edən zaman həmin ailənin qonağı olub.