• 18:49

Kürdəmirdə qarlı hava səbəbindən avtomobil beton lövhəyə dəyərək aşıb

25 Fevral 2021, 17:41

Aramsız yağan qar yollarda nəqliyatın hərəkətini çətinləşdirdiyindən avtomobillərin hərəkətində maneələr yaranır və nəticədə qəzalar baş verir.

 

Növbəti belə bir yol qəzası Kürdəmirdə baş verib. Hadisə Bakı-Qazax yolunun 204-cü km-də, rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, axşamdan yolların buz bağlaması səbəbindən həmin istiqamətdə hərəkət edən “Mersedes” markalı avtomaşın sürüşüb. Nəticədə yol kənarındakı beton lövhəyə dəyərək aşıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.