• 17:42

Mingəçevirin Şəfəq küçəsinin sakinlərinin yol problemi

25 Fevral 2021, 14:14

Bu küçəyə nə marşurt gəlir, nə də ki taksi. Yağış yağanda isə sakinlərə qayıq lazım olur ki, su dolan küçədə hərəkət edə bilsinlər. Mingəçevirin Şəfəq küçəsinin sakinləri bir neçə ildir yolsuzluq problemi ilə üzləşiblər. Onlar deyir ki, günəş çıxsada sanki bu küçəyə şəfəqləri düşmür. Palçıq, lill qatı günlərlə sakinlərin kabusuna çevrilir. Küçədə su xəttləri yenilənən zaman asvalt qatı qazılıb yarasız hala salınsada, sonradan yenisi çəkilməyib. Elə bu səbəbdən sakinlər yağış yağanda qalırlar çarəsiz. Kiçik yaşlı uşaqlar bağçaya, məktəbə gedə bilmirlər. Gedənlər isə geri qayıdanda yeni geyimləri suya, palçığa bulaşır.

 

Mingəçevirin Şəfəq küçəsində 15-ə yaxın müharibə iştirakçısı yaşayır. Onlardan hazırda xidmətini davam etdirənlər isə palçıqlı,su dolan küçədə hərəkət edən zaman daha çox əziyyət çəkirlər. Ən maraqlısı odur ki,küçənin o başından bu biri başına uzunluğu yarım kilometr də yoxdur, cəmi 350 metrdir.

 

 Mövcud problemlə bağlı sakinlər dəfələrlə adiyyatı qurumlara müraciyyət etsələrdə onların harayına səs verən tapılmayıb. Bizdə Şəfəq küçəsinin yol probleminin həll ediləcəyi zamanı öyrənmək üçün üz tutduq Mingəçevir şəhər İcra Hakimiyyətinə. Oradan şifahi olaraq bildirildi ki, həmin küçədə asvaltlanma işlərinə yaxın vaxtlarda başlanacaq, həmçinin küçənin işıqlandırlılması da nəzərdə tutulub.  Sakinlərə vəd verildi, indi qalır onu həyata keçirmək.