• 19:09

Qarlı Bakıda azı 25-yol nəqliyyat hadisəsi olub

24 Fevral 2021, 16:27

12 saatdan çoxdur yağmağa davam edən qar və şaxtalı hava şəraiti yolların buz bağlamasına səbəb olub.

 

Müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılsa da, yolların buz bağlaması, Bakıda hərəkəti iflic edib. Belə ki, nəqliyyat vasitələrinin hərəkətində gecikmələrlə müşahidə olunan problemlər yaranıb. Paytaxt sakinlərinin qarlı və çovğunlu hava şəraitində dayanacaqlarda saatlarla avtobus və ya taksi gözləmələri onların narazılığına səbəb olub. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov İnterAz-a bildirib ki, qarlı-çovğunlu hava şəraiti ilə əlaqədar paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətinin çətinləşdiyi, tıxacların yarandığı barədə məlumat yayıb.

 

Yol polisi bildirib ki, azyaşlı uşaqlar qarla oynamaq üçün bayıra çıxdıqlarında valideynlərinin nəzarətində olsunlar.