• 16:42

“The real truth about Karabakh history” adlı layihə əsasında sənədli film çəkilib

23 Fevral 2021, 12:07

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən “The real truth about Karabakh history” adlı layihə əsasında sənədli film çəkilib. 44 günlük vətən müharibəsi zamanı, bu faciələrdə şəhid olan, ağır yaralanan, mənəvi və maddi ziyana məruz qalan mülki əhalinin də yaşadıqları filmdə yer alıb.  Bu barədə İnterAz-a filmin rejissoru Elçin Ağazadə bildirib. 

 

Filmin produsseri film haqqında danışarkən, 5 günlük çəkiliş müddətində çətin anlar yaşandığını vurğulayıb. Filmin əsas sujet xətti Vətən müharibəsində rəşadətli ordumuzun əldə etdiyi şərəfli döyüş yolundan, erməni qəsbkarlarının ötən il oktyabr ayında Gəncə şəhəri və Bərdə rayonunda dinc əhaliyə qarşı  törətdikləri terrordan bəhs edir. 

 

Layihə meneceri Əziz Məmmədovun sözlərinə görə, layihə Azərbaycan Respublikası gənclər fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

 

Qeyd edək ki, filmin ən maraqlı qəhramanı Gəncədə törədilən terror aktında dağıntılar arasında sağ qalan balaca Bəxtiyardır. Filmin paytaxt və digər rayonlarda təqdimatından sonra türk, rus və ingilis dillərinə dublyaj edilərək Türkiyə, Gürcüstan, Polşa, Çexiya,Rumıniya, İtaliya, Ukrayna kimi xarici ölkələrdə nümayişi gözlənilir. Təbliğat xarakterli olaraq 2021-ci il ərzində baş tutacaq qısametrajlı beynəlxalq film festivallarına qatılmaq da nəzərdə tutulur.