• 23:15

Yevlax sakini həmkəndlisini qətlə yetirib

22 Fevral 2021, 13:27

Qonşu özündən 7 yaş böyük həmkəndlisini qətlə yetirib.

 

Dəhşətli hadisə Yevlaxın Qaraoğlan kəndində baş verib. Fevralın 21-i saat 13 radələrində kənd ərazisində 1983-cü il təvəllüdlü Səfərov Xəyal Qəmbər oğlunun üzərində odlu silah yarası xəsarəti olan meyitinin aşkar edilməsi barədə Yevlax rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Aparılan ilkin araşdırmalarla zərərçəkmişin qonşusu 31 yaşlı Qorxmaz Həsənəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq Xəyal Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. Qorxmaz Həsənəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.