• 22:49

Ötən il Qaxda 17 subartezian quyusu qazılaraq sakinlərin ixtiyarına verilib

23 Yanvar 2021, 12:59

Azərbaycan Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2020-ci il 16 aprel tarixli Sərəncamının icrası olaraq, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən ötən il Qax rayonunda 17 subartezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib.

 

Qax rayon Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Nəzir Mustafayevin dediyinə görə, bu quyuların istismara verilməsi nəticəsində 28 min nəfərdən çox əhalinin yaşadığı 17 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu, həmçinin əhalinin içməli su ilə təminatı xeyli yaxşılaşdırılıb.

 

İşməli su catışmazlığı olan kəndlərdə, kənd sakinləri susuzluqdan heç bir əziyyət cəkmirlər. Artezian quyularından çıxan su yaxınlıqdakı su təmizləyici qurğulara verilərək, orada filtirlər vasitəsilə təmizlənir və kənd ərazisindəki bulaqlar vasitəsilə əhaliyə catdırılır.

 

17 kənddə qazılıb sakinlərin ixtiyarına verilən artezian quyuları vasitəsilə sakinlər,icməli su ilə yanaşı həyətyanı torpaq sahələrini də rahatlıqla suvara bilirlər.