• 23:55

Şamaxıda güclü qar evlərə ziyan vurub

23 Yanvar 2021, 12:39

Şamaxıda günlərdir yağmaqda davam edən qar evlərə ziyan verib. Qar yağıntıları rayonun Salman Mümtaz küçəsində yerləşən İsmayılova Naibəxanım Əliş qızına məxsus yaşayış evinin həyətindəki çardağı uçurdub. Xoşbəxtlikdən həmin an ev sahibi həytdə olmayıb və bədbəxt hadisə baş verməyib. Uçan çardaq evin önünü kəsdiyi üçün 80 yaşlı Naibəxanım nənə köməksiz vəziyyətdə evin içində qalıb.

 

Hadisədən xəbər tutan qonşular Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə zəng vuraraq məlumat veriblər. Sözügedən əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Evin önünü kəsən dam örtüyü müvafiq qaydada hadisə yerindən götürülərək evdə köməksiz vəziyyətdə qalan qadın xilas edilib.