• 00:36

Kürdəmir və Ağsuda əhalinin koronavirusa qarşı vaksinasiyası həyata keçirilib

23 Yanvar 2021, 12:15

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının infeksion şöbəsinin binasında təhlükəli virusa qarşı mübarizə məqsədilə xüsusi vaksin otaqları və o cümlədən burada peyvəndlərin aparılması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb. Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyyət peyvənd olunacaq. Yanvar ayının 21-dən start götürən vaksinasiyada rayon üzrə ümmilikdə 450 nəfər peyvəndlənib.

 

Eyni proses Ağsuda da həyata keçirilib.  Strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir. Qeyd edək ki, rayon üzrə ümuilikdə 100-ə yaxın şəxs peyvəndlənib.

 

 

Peyvəndin əks təsiri olmadığını bilən tibb işçiləri ilk olaraq bu aksiyaya özləri könüllü qoşulub.