• 07:12

Şamaxı-İsmayıllı-Muğanlı avtomobil yolunu buz bağlayıb

22 Yanvar 2021, 13:24

Güclü qar nəticəsində səhər saatlarından Şamaxı-Muğanlı- İsmayıllı yolu bağlanıb.

 

Xeyli sayda avtomobil yolda qalıb. İki gündür Şamaxı və İsmayıllı rayonlarına yağan qar yolları iflic vəziyyətə salib. Xüsusən, İsmayıllı-Muğanlı yolunda yağan güclü qar sürücülərə problemlər yaşadıb. Enişli-yoxuşlu yollarda 100 -ə yaxın maşın buzlu yolda əlacsız qalıb, bəzi maşınlar sürüşərək yoldan kənara çıxıb. Yolda qalan avtomobillərin sərnişinləri piyada yol qət etmək məcburiyyətində qalıblar. Batıb qalan avtomobillər digər texnikaların köməyi ilə çıxarılıb.

 

 Bunula belə gecə saatlarından yolların yenidən buz bağlayacağı ehtimal edilir. Bu səbəbdən Bakı istiqamətinə gedən avtomobillərin İsmayıllı-Muğanlı-Bakı yolundan deyil, alternativ yol hesab edilən Ağsu-Kürdəmir-Bakı yolu ilə hərəkət etmələri məsləhət görülür.