Mingəçevirdə tibb işçilərinin koronavirusa qarşı peyvəndlənməsinə başlanılıb
21 Yanvar 2021, 16:43
Ötən gündən etibarən Mingəçevir şəhərində də Covid19 qarşı vaksinasiya işinə start verilib. Şəhərdə yaradılan 3 vaksinasiya məntəqsində əvvəlcə tibb işçiləri peyvənd edilir. Məntəqəyə daxil olanlar əvvəlcə qeydiyyatdan keçib, həkim müayinəsində olurlar. Daha sonra isə onlar peyvənd otaqlarına göndərilir. Covid 19-a qarşı vaksinasiya edilən tibb işçiləri özlərini narahat hiss etmədiklərini bildiridilər.
Mingəçevir şəhərində gün ərzində 200-ə yaxın tibb işçisinə vaksin vurulur. Narahatlığı olmayanlar 30 dəq sonra evə buraxılır.
Qeyd edək ki,növbəti günlərdə Mingəçevirdə risk qrupuna daxil edilən digər şəxslərin peyvəndlənməsi işi aparılacaq.