• 07:29

Gəncədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb

21 Yanvar 2021, 14:37

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Etibar Yaqubovu saxlayıb. Baş İdarədə həmin şəxsin üzərinə baxış keçirilən zaman ondan 100 qram marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ilkin ifadəsi zamanı həmin narkotik vasitəni qonşusundan aldığını bildirib. 

 

 

Davam etdirilən əməliyyat axtarış tədbirləri ilə Etibar Yaqubova narkotiki vasitəni satan şəhər sakini Eldəniz İmanlı da saxlanılıb. Saxlanılan şəxs qonşusuna narkotik vasitə satdığını etiraf edib. Araşdırmalar zamanı müəyən edilib ki, Eldəniz İmanlı aylardır bu işlə məşğul olur. 

 

 

Eldəniz İmanlıya məxsus müxtəlif ərazilərdə yerləşən evlərə baxış keçirilən zaman məlum olub ki, aşkarlanan narkotik vasitələrin qara bazarda dəyəri təxminən 300 min manata yaxındır. Elə saxlanılan şəxs də toxumlarını Gürcüstandan əldə etdiyi narkotik vasitəni satıb varlanmaq istədiyini etiraf edib. 

 

Yaşadığı ünvanlarda narkotik vasitəni xüsusi qutularda qablaşdıraraq satan Eldəniz İmanlı və onun müştərisi Etibar Yaqubov barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Narkotik vasitə alqı-satqısında şübhəli bilinən dəstənin digər üzvlərinin tutularaq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edtirilir.