• 07:51

Qəhrəmanlığı ilə tarix yazan igidlərimizdən olan şəhid Əfəndi Səfərov

21 Yanvar 2021, 13:23

Səfərov Əfəndi Cahangir oğlu 1996-cı ilin yanvar ayının birində Qax rayonunun Qaxbaş kəndində anadan olub. 2014-cü ildə hərbi xidmətə gedib və hərbi xidməti bitirdikdən sonra, öz rayonunda mühafizəçi kimi işləyib. S.Əfəndinin balaca vaxtlarından idmana marağı olub. O, rayonda keçirilən futbol yarışlarında dəfələrlə mükafatlara və diplomlara layiq görülüb. İkinci Qarabağ müharibəsi başlayan gündən isə Hərbi Komissarlığa gedərək könüllü olaraq qeydiyyatdan keçib və sentyabr ayının 29-da döyüşlərə yollanıb.

 

Əfəndi Səfərov müxtəlif döyüş bölgələrində qəhrəmancasına vuruşub. Müharibənin bitməsinə bir gün qalmış, noyabr ayının 9-da Şuşa şəhəri uğrunda gedən döyüşlərdə ağır qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalıb.

 

Əfəndi Səfərov ölümündən sonra “Vətən ugrunda” medalı təltif olunub.