• 10:36

Əsir düşən qazimiz :“Təyyarədən düşənədək Azərbaycana gətirildiyimi bilmirdim”

11 Yanvar 2021, 14:30

“Əgər ayaqlarım işləsəydi həmin vaxt əyilib torpağımızı dayanmadan öpərdim. Təyyarədən düşənədək Azərbaycana gətirildiyimi bilmirdim. Çox əzab əziyyət çəksəm də sonda qələbəmiz bütün ağrılarıma məlhəm oldu”. Bu açıqlamanı 2-ci Qarabağ müharibəsində ayağından və belindən ağır yaralanaraq əsir düşən qazımız Bayram Kərimov verib. Onun sözlərinə görə Ermənistanda qaldığı dövrlərdə çox işgəncələrə məruz qalmağına baxmayaraq indi çox sevinclidir:

 

 

Bayramın anası oğlunun əsir düşdüyü gündən hər gün düa etdiyini, ali baş komandanın öz əsgərlərini düşmənlərin alində qoymayacağına həmişə ümidi ilə yaşadıqlarını bildirir:

 

Döyüşdüyü günləri, müharibəni, əsir düşdüyü və əsirlikdəki günləri xatırlayanda Bayram Kərimov yalnız nikbin danışır, bütün çətinliklərin artıq arxada qaldığını deyir:

 

 

Mən bütün şəhid olan əsgərlərimizin əzizləri qarşısında baş əyirəm, mənim kimi canını vətən uğrunda qurban verməyə hazır olan, hazırda müalicə olunan qazilərimizə Allahdan can sağlığı arzu edirəm” deyən Bayram Kərimov tam sağaldıqdan sonra da dövlətimizə xidmət etmək haqqında düşünür.