• 09:02

Xızı polisi koronavirus xəstələri ilə profilaktiki söhbətlər aparıblar

25 Noyabr 2020, 17:07

COVID-19 infeksiyası testlərinin pozitiv nəticəsinə görə Xızı rayon sakinləri olan Azər Cabbarova və Reyhan Allahverdiyevaya ev şəraitində müalicə təyin edilib. 

 

Bu gün Xızı Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi geyim formasında hər iki rayon sakininin yaşadıqları ünvana gedərək, onlarla profilaktiki söhbətlər aparıblar və müalicə müddəti ərzində yaşadıqları yerləri tərk etməmələri barədə məlumat veriblər.