• 11:00

Qubada karantin rejimini pozaraq fəaliyyət göstərən avtomobil təmiri sexləri aşkarlanıb

25 Noyabr 2020, 13:09

Quba Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində inzibati ərazidə xidmət aparan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən avtomobil və təkər təmiri məntəqəsi aşkarlayıblar.

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan İnterAz-a verilən məlumata görə, dərhal həmin obyektlərin fəaliyyətləri dayandırılıb.

 

Qaydaları pozan şəxslər barəsində İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub.