• 20:50

Düşmənə qan ağladan igidimiz

19 Noyabr 2020, 12:24

Həmidov Dilqəm Nizami oğlu, bu addan danışacağıq sizə. Bu qəhrəmandan. Döyüşlərin qızğın yerində düşmənə qan ağladan, bir neçə dəfə yüngül yaralar almasına baxmayaraq öz canını heçə sayıb döyüş yoldaşlarının imdadına yetən 29 yaşlı Dilqəmdən. Hər şey yaralı yoldaşlarını xilas etməyə çalışdığı o andan başlayıb. O anları Dilqəm belə xatırlayır:

 

Yoldaşlarınına kömək etməyə can atan Dilqəm elə olur ki, özü də yaralanır. Dediyinə görə, mənfur düşmən onlar olan yerə top mərmisi atıb. Mərmi Dilqəmin çox yaxınlığına düşdüyündən özü də ağır yaralanır. Bir anlıq bütün hissiyyatını itirən və yerə yıxıldığını deyən qəhrəmanımız o an sadəcə yoldaşlarının səslərini xatırlayır.

 

Özü nə qədər ağır yaralı ols da, şəhidlərimizi və yaralı əsgərlərimizi unutmur, xəstə yatağında belə onlar üçün dua edir.

 

 Dilqəmin ailəsi, valideynləri, ümumən bütün kənd və rayon ictimaiyyəti onun görüşünə gəlir, görüşür, həmsöhbət olmağa çalışırdılar. Ailə üzvlərinin simasında isə qürur hissi duyulurdu. Nə üzüntü sezilirdi, nə də qəmginlik…

 

“Torpaq uğrunda ölən varsa, Vətəndir!” –dedik və elə bu şüarla da çıxdıq yola. Zəfər yoluna, qələbə yoluna. Mərd oğullarımızın qanı-canı bahasına qazandıq hürriyyətimizi. Allahdan cəmi şəhidlərimizin ruhuna rəhmət, yaralı əsgərlərimizə şəfalar diləyirik. Qələbə daim bizimlədir!