• 02:19

İsmayıllı gənclər Gəncədə törədilən terror hadisələrindən bəhs edən guşələr hazırlayıblar

14 Oktyabr 2020, 16:16

 İsmayıllı gənclərindən nümunəvi addım atılıb. Onlar bir araya gələrək Gəncədə törədilən terror hadisələrindən bəhs edən guşələr hazırlayıblar.

 

Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin gənc könüllüləri böyük şəhərlərimizdə, xüsusən, Gəncədə mülki vətəndaşlarımıza qarşı mənfur düşmənlərimizin mənfur əməllərinə öz reaksiyalarını bildiriblər. Həmin hadisələrdə yaralanan və həyatını itirən insanların, körpələrin foto şəkillərindən ibarət rəsm qalereyası hazırlanaraq şəhərin müxtəlif guşələrində öz əksini tapıb. Eyni zamanda gənclər 4 dildə - Azərbaycan, rus, ingilis və fransız dillərində dünyaya səslənərək onları bu dəhşətə biganə qalmamağa çağırıblar.

 

 Könüllü gənclərin bu fəaliyyəti rayon ictimaiyyəti tərəfindən də maraqla və alqışlarla qarşılanıb. Stendlərin asıldığı yerlərdən keçən insanlar bir anlıq ayaq saxlayır və dəhşətli mənzərəni acı içində seyr edirlər.

 

Guşədə  #Stop Armenian Aggression, #Pray for Ganja, #Karabakh is Azerbaijan həştəqləri də yer alıb.