• 12:51

Qəbələdə baş verən qətlin təfərrüatları məlum olub

04 Iyul 2020, 15:38

Ötən günlərdə Qəbələdə baş verən dəhşətli bir ailə faciəsi ilə bağlı xəbər təqdim etmişdik. Artıq həmin hadisənin bütün təfərrüatları ortaya çıxıb. Xəbər veridyimiz kimi,  Rayonun Vəndam qəsəbə sakinləri Rəhimov Ramil və Rəhimov Azər qardaşları arasında insident yaranmışdı. Çox təəssüflər olsun ki, bu qarşıdurma sonda qardaşların hər ikisinin həyatını məhv edib. Onlardan biri həyatdan köçüb, digəri isə hüquq-mühafizə orqanlarının yekun qərarından sonra çox güman ki, ömrünün geri qalan hissəsini dəmir barmaqlıqlar arasında keçirməyə məhkum olacaq. 

 

Əvvəlcə qardaşlar arasında mal-mülk üstündə müzakirələr başlayıb. “Su tayı” adlanan istirahət mərkəzi böyük qardaş Azər Rəhimova məxsus olub. Həmin obyekti kiçik qardaşına icarəyə verib ki, oranı işlədib özünü dolandırsın. Obyekt nə az-nə çox, düz 13 il ailənin çörək yeri olub. 

 

Lakin bir müddət sonra böyük qardaş obyekti özü işlətmək qərarına gəlib. Bu təkliflə razılaşmayan kiçik qardaş ona etiraz edərək müxtəlif yollarla stirahət mərkəzini şəxsiləşdirmək istəyib. Hətta deyilənə görə, obyektin ona məxsus olduğunu göstərən bir sıra sənədlər də düzəldib. Belə olan halda tərəflər məhkəməyə üz tutublar.

 

Məhkəmə qərarı haqlı olaraq böyük qardaşın xeyrinə verdikdə kiçik qardaş daha da qəzəblənib. Hadisənin kuliminasiya nöqtəsi burada başlayıb, elə burada da faciəvi sonluqla başa çatıb. Növbəti günün səhəri mərhum Azər Rəhimov bacısıoğlu Dünyad Süleymanov ilə obyekti təhvil almağa gedəndə heç gözləmədikləri anda Ramil Rəhimovun tüfənglə hücumuna məruz qalıblar. 

 

Beləcə, Rəhimovların bir vaxt çörək yeri olan bu mülk indi onların kabusuna çevrilib. Bəs, bir mülkə görə bu qədər həngaməyə, doğma qardaşın canına qıymağa dəyərdimi? Təbii ki, əsla!!! Hər nə olursa, olsun, Allah ağlımızı əlimizdən almasın, nəfsimiz hər zaman tox olsun!!!

 

    Sonda bir daha qeyd edək ki, Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.