• 03:56

Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlandı, 56 nəfər cərimələnib

04 Iyul 2020, 14:51

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində yerləşən ticarət obyetlərindən birində qanunsuz fəaliyyət göstərən 5 dərzi sexi aşkar olunub. 

 

Daxili İşlər Nazirliyindən İnterAz-a verilən məlumata görə, polislər həmin sexlərə baxış keçirən zaman ümumilikdə 56 nəfərin xüsusi karantin qaydalarını pozaraq heç bir sanitar-gigiyenik normalara cavab vermədən sexlərdə işlədiyi məlum olub.

 

Qanun pozuntusuna yol verən şəxslər və sahibkarlar polis tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər.

 

Qeyd edək ki. sahibkarlıq subyektləri  növbəti dəfə eyni əməli törədərlərsə onları inzibati qaydada həbs olunma təhlükəsi gözləyir.