• 11:26

Bakıda gizli fəaliyyət göstərən restoran aşkar edilib

04 Iyul 2020, 14:34

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində Pirşağı qəsəbəsində yerləşən “Balıq evi” kafesinin karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi aşkar olunub.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən İnterAz-a verilən məlumata görə, polis tərəfindən obyekt sahibi Mehdi Əliyev və orada olan 7 müştəri saxlanılaraq  polis bölməsinə gətirilib.

 

Bölmədə obyekt sahibi və müştərilər polis tərəfindən tibbi maskalarla təmin ediliblər.

 

Karantin qaydalarını pozan obyekt sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 1 500 manat, müştərilərin hər biri isə 100 manat məbləğində cərimə olunublar.