• 11:54

Fələstin torpaqlarında "Yəhudi dövlətinin" yaradılması ideyasının səbəbi nədir?

22 May 2020, 15:30

İsrail 1948-ci ildə təsis edilən zaman Fələstin torpaqlarından 800 min civarında insan ev-eşiklərindən didərgin salınıb. Növbəti dəfə 1967-ci ildə Fələstinin digər torpaqları da işğal edilən zaman yenidən çoxlu insan qaçqın vəziyyətinə düşüb. Ötən əsrin səksən-doxsanıncı illərində və müasir dövrümüzdə də işğal edilən ərazilərdə İsrail tərəfindən yeni massivlərin salınması, daxildə qalmış fələstinlilərə müxtəlif zəminlərdə təzyiqlər, Fələstin xaricində qaçqın vəziyyətində olanların öz doğma yurdlarına qayıda bilməməsi, işğal edilən ərazilərdə İsrailin suverenliyini elan etmək çabası və sair amillər münaqişənin alovlanmasına səbəb olur. Şərqşünas - politoloq Vüsal Hətəmov isə mövzu ilə əlaqədar danışarkən münaqişənin yaranma mənbəyinə qayıdaraq hadisələrə tarixi nöqteyi nəzərdən yanaşmağa çalışıb. O bildirib ki, Fələstin torpaqlarında yəhudi dövlətinin yaradılması ideyası məhz bölgədəki zəngin neft,qaz yataqlarına gələcəkdə sahib çıxmaq niyyəti daşıyıb.

 

Vüsal Hətəmov həmçinin bildirib ki, fələstin torpaqlarında ərəb və yəhudi dövlətlərinin yaradılması zamanı bölgədəki demoqrafik vəziyyət də düzgün qiymətləndirilməyib.

 

Sonda bir daha qeyd edək ki, bu gün bir çox müsəlman ölkələrində İsrail dövləti tərəfindən işğal edilmiş Fələstin torpaqlarının azadlığı naminə Beynəlxalq Qüds Günü qeyd edilir. Müşahidələr göstərir ki, hazırda Fələstinin işğalı məsələsi dünya müsəlmanlarını birləşdirən əsas amildir. 

 

Belə əlamətdar günlərdə keçirilən aksiyalar müsəlmanların həqiqi ağrı-acılarını nümayiş etdirir.