• 09:37

MSK bölgələrdə treninqləri bitirib

18 Oktyabr 2019, 12:43

Ölkəmizin bütün bölgələrində  3 gündür ki, davam edən treninqlər  öz işini yekunlaşdırıb. Qarşıdan gələn bələdiyyə seçkilərinə artıq hazırlıq işləri yekunlaşmaq üzrədir. 

 

Ölkə prezidentinin 2011-ci il 27 dekabr tarixli, 1938 nömrəli Sərəncamına əsasən, dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyasının sədrləri üçün regionlarda keçirilən seçki hüquq üzrə ixtisaslaşdırılmış 3 günlük kurslar artıq yekunlaşıb. Qeyd edək ki, proses ölkənin bütün bölgələrini əhatə edib və burada əsas məqsəd seçki hüququnun qorunması, səmərəli qarşılıqlı əlaqələrin qurulması, seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkilinə həsr edilib. Çəkiliş apardığımız bütün seçki dairə məntəqələrində hazırlıq məntəqələri ilə əyani tanış olduq və bütün dairə sədrləri artıq işlərini uğurla bitirdiklərini və qarşıdan gələn bələdiyyə seçkilərinə tam hazır olduqlarını bildirib.

 

Bütün seçki dairələrinə daxil olan və yetkinlik yaşına çatmış şəxslərin siyahısı katiblər tərəfindən qeydə alınıb. Qeyd edək ki, Saatlı-Sabirabad və Kürdəmir rayonlarının müəyyən hissəsini özündə birləşdirən 65 saylı seçki komissiyasında ilk dəfə səs verənlərin sayı ümumilikdə 600 nəfər, 18 yaşı tamam olanlar 228 nəfər təşkil edib. Ən yaşlı seçicinin isə 101 yaşı var.