• 09:36

Şəmkir və Qazaxda Müstəqillik Günü münasibətilə yürüş keçirilib

18 Oktyabr 2019, 12:02

Şəmkirdə Azərbaycan Respublikasının “Müstəqillik günü”nə həsr olunmuş tədbirlər planına əsasən bayram tədbiri keçirilib.

 

Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə və təşkilat rəhbərlərinin də iştirakı ilə şəhərin müxtəlif istiqamətlərindən gələn 5 minə yaxın gənc Bayraq Meydanına yürüş edib. Yürüş iştirakçıları “Müstəqilliyimiz əbədidir, dönməzdir”, “Yaşasın müstəqil Azərbaycan”, “Qarabağ Azərbaycandır və nida işarəsi” şüarları ilə 3 km məsafəni qət edərək Dövlət bayrağı meydanına gələrək Müstəqilliyimiz Əbədidir flaşmobu göstəriblər.

 

Qazax rayonunda da Dövlət Müstəqilliyi Günü münasibətilə yürüş keçirilib. “Milli müstəqilliyə aparan şərəfli yol”, “Qarabağ Azərbaycandır və nida işarəsi!” devizləri ilə keçirilən yürüşdə  Təxminən min nəfərə yaxın gənc toplaşaraq Qazax RAYONUNUN giriş hissəsindən başlayaraq, Heydər Əliyevin adını daşıyan parkadək yürüş davam edib. İdmançılar müxtəlif idiman növləri ilə çıxışlar edib