• 09:33

Şirvanda yol qəzası olub, ölən və yaralanan var

18 Oktyabr 2019, 12:00

Şirvanda baş verən yol qezası olub qəzada ölən və yaralanan şəxsin adı məlum olub.

 

İnterAz-ın bölgə müxbiri xəbər verir ki, Şirvan sakini, 1976-cı il təvəllüdlü Babayev Teymur Hüseynağa oğlunun idarə etdiyi “Mercedes” markalı, 18 BX 708 dövlət nömrə nişanlı 10 saylı marşrut üzrə işləyən mikroavtobus, Şirvan sakini, 1992-ci il təvəllüdlü Cavadov Muradəli Elçin oğlunun idarə etdiyi “VAZ-21014” markalı, 18 BX 577 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

 

Qəza nəticəsində “VAZ-21014” markalı avtomobilin sürücüsü hadisə yerindəcə keçinib. Onun cəsədi Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidmətinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməyi ilə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Mikroavtobusun sürücüsü isə xəsarətlə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.