• 09:34

ABŞ-ın vitse-prezidenti: "Türkiyə hərbi əməliyyatı 120 saatlıq dayandıracaq"

18 Oktyabr 2019, 11:44

"Türkiyə Suriyada keçirdiyi hərbi əməliyyatı 120 saatlıq dayandıracaq".

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Maykl Pens bildirib.

 

O, qeyd edib ki, ABŞ və Türkiyə Suriyanın şimalında atəşkəsin əldə olunması məsələsində razılığa gəliblər.

 

ABŞ Türkiyənin Suriyada əməliyyat zonasından PKK terrorçularının çıxarılmasına kömək edəcək.

 

Bundan başqa, ABŞ Türkiyə ilə bağlı yeni sanksiyalar tətbiq etməyəcək. Maykl Pens qeyd edib ki, Suriyanın şimal-şərqində atəşin dayandırılması haqqında razılaşmanın reallaşdırması müddətində ABŞ prezidenti Donald Tramp Türkiyəyə qarşı tətbiq edilmiş iqtisadi sanksiyaları ləğv etməyə hazırdır. ABŞ terrorçuların təhlükəsiz bölgədən geri çəkilməsini təmin edəcək. və YPG təhlükəsiz bölgədən geri çəkiləcək. 

 

"ABŞ hərbçiləri Suriyanın şimalına qayıtmayacaq", - deyə ABŞ-ın vitse-prezidenti Türkiyənin dövlət başçısı ilə danışıqlardan sonra qeyd edib. 

 

"Prezident (Donald Tramp) aydın şəkildə bildirdi ki, bizim hərbçilər orda olmayacaq. Biz hərbi aspektdə vəziyyətlərdə iştirak etməyəcəyik", - Pens əlavə edib. 

 

Onun sözlərinə görə, ABŞ vəziyyətin diplomatik yollarla nizamlanmasında iştirak edəcək. 

 

***

 

"Türkiyənin və ABŞ-ın birgə səyləri Yaxın Şərq regionunda sülh və sabitliyin qurulmasına imkan yaradacaq".

 

İnterAz xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın "Twitter"dəki səhifəsində paylaşımını şərh edərkən deyib.

 

"Cənab prezident, biz bəşəriyyətin qatı düşməni olan terrorizmə qalib gələndə daha çox həyatlar xilas ediləcək. Mən əminəm ki, birgə səylər bizim regionumuzda sülhün və sabitliyin qurulmasına kömək edəcək", - deyə Türkiyə lideri yazıb.

 

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Türkiyə prerzidenti Rəcəb Tayyib Ərdoğana Suriyada hərbi əməliyyatın dayandırılması ilə bağlı təşəkkür edib. ABŞ prezienti Türkiyə rəhbərinə minnətdarlığını özünün "Twitter"dəki səhifəsində bildirib.