• 14:26

Kürdəmirdə narkotik satmaq istəyən şəxs saxlanılıb

  • 12
09 Oktyabr 2019, 14:03

Kürdəmir  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən külli miqdarda natrkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

 

Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Şilyan kənd sakini, əvvəllər məhkum olunmuş 42 yaşlı Əhməd Mahmudov 8 kibrit qutusunda çəkisi 34 qram olan qurudulmuş marixuananı 1000 manata satarkən polis əməkdaşları tərəfindən cinayət başında yaxalanıb. Şəxsi axtarış zamanı ondan əlavə olaraq 2 kibrit qutusunda 8 qram qurudulmuş marixuana da aşkar edilib.  Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə  Əhməd Mahmudovun yaşadığı evin həyətyanı sahəsindən isə çəkisi 2,4 kiloqram qurudulmuş marixuana da götürülüb.

 

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim edilib.

 

Faktla bağlı araşdırma aparılır.