• 14:02

Biləsuvarın nar bağlarında məhsul yığımına başlanılıb

  • 2
09 Oktyabr 2019, 14:01

Son illər Biləsuvar rayonunda bir çox sahələr kimi nar bağlarının salınmasına xeyli maraq artıb.

 

İnterAz-ın bölgə müxbiri xəbər verir ki, rayonda əkilən 240 hektar nar bağı artıq öz məhsuldar dövrünü yaşayır. Bir neçə gündür ki, bağlarda məhsul yığımına başlanılıb, ən çox maraq isə Vələs və Gülöyşə sortlarınadır.

 

 

Dadına və keyfiyyətinə görə meyvələrin şahı sayılan nar məhsuluna təlabat olduğundan daha çox Rusiya bazarlarına çıxarılır. Rusiya bazarlarına çıxarılan nar məhsulunun hər tonunun qiyməti isə 800-1000 manat arasında dəyişir.

 

Bu günə kimi rayonda nar bağlaından 100 tondan artıq məhsul yığılaraq xaricibazarlara göndərilib. Mövsüm ərzində 300-350 ton məhsul yığılacağı proqnozlaşdırılır.