• 14:22

Tovuz Aqro MMC-də ekoloji təmiz ət məhsulları istehsal ediləcək

  • 25
09 Oktyabr 2019, 11:37

Tovuz aqro MMC-də ekoloji təmiz ət məhsulları istehsal ediləcək. 

 

İnterAz-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə 2017-ci ilin noyabr ayında  Tovuz rayonunda yaradılan Tovuz "Aqro ” MMC üçün  Ceyrançöl massivində 550 hektar torpaq sahəsi ayrılıb. Hazırda ərazidə son tamamlanma işləri aparılır. "Tovuzaqro” MMC-nın əraziləri qısa vaxtda yaşıl örpəyə bürünüb. 2 ha ərazidə müxtəlif meyvə ağaclarından ibarət bağ  və 2500 ədəd qızıl gülləri kolları salınıb ki, buda parkın ərazisini daha da gözəlləşdirib. park ətrafdan əsrarəngiz, gözəl bir şəhərciyi xatırladır. Burada həmçinin işçilərin DİNCƏLMƏSİ ÜÇÜN müasir istirahət yerləri,  yeməkxana və yataqxana da fəaliyyət göstərir.  

 

Park ərazisində həmçinin 1 saat ərzində istehsal gücü 10 ton olan qarışıq yem zavodu, mal peyinin kübrəyə çevrilməsi üçün 2 ədəd anbar və ən müasir texnalogiyalarla gün ərzində 90 baş iri, 200 baş isə xırda buynuzlu heyvanın kəsimini həyata keçirən ət kəsim məntəqəsi yaradılıb.

 

Kəsim sexində qərb bölgəsində ilk dəfə olaraq Kəsilmiş ətlər sümükdən ayrılaraq, növlər üzrə çeşidlənib qablaşdırılır və  qısa müddətli saxlanması üçün soyuducuya, uzun müddətli saxlamaq üçün isə  mənfi 40 dərəcə tempuraturda dondurularaq, daha sonra mənfi 18 dərəcə tempuraturda olan soyuduculara yerləşdirirlir. Qeyd edək ki, qablaşdırılmış ətlər  müqavilə ilə yerli və xarici bazarlara ixrac ediləcək.