• 13:58

Samuxda payız-qış mövsümündə əhalinin elektrik enerjisi ilə təmin olunması üçün lazımi işlər görülüb

  • 3
09 Oktyabr 2019, 11:29

Samux rayonunda əhalini dayanaqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə payız-qış mövsumuna aid hazırlıqlar demək olar ki, başa catmaq üzrədir.

 

Bu məqsədlə rayonun özündə və kəndlərində yeni naqillərin cəkilməsi, istifadəyə yararsız olan transformatorların dəyişdirilməsi, bəzi yaşayış yerlərində yeni transformatorların  qoyulması, naqillərə maneçilik törədən ağacların budanması, sovet dönəmindən qalma taxda dirəklərin yeni beton dirəklərlə əvəz olunması işləri görülməkdədir. Samux rayonunda, Navağalı, Kolayır kəndinə tam olaraq müasir SİP kabellər cəkilib və artıq istifadə etmək mümkündür. Ziyadlı, Karayeri, İstixana kəndlərinin artıq böyük hissəsi yeni müasir SİP kabellə yenilənib, və plana uyğun işlər davam edir.

 

Hazırda ümümilikdə rayon üzrə 58 ədət yeni Komplekt Transformator Məntəqəsi (KTM) və 2800 ədət dəmir-beton dayaqlar quraşdırılıb, 106kilometr yeni SİP kabel və 83kilometr 10kilovoltluq naqillər cəkilib. Samux rayon və kəndlərinin dayanıqlı enerji ilə təmin edilməsi üçün rayon üzrə 8ədəd yarımstansiya tam yeni avadanlılarla təciz olunub.

 

H.Beyputov onuda bildirib ki, hava şəraitindən asılı olmuyaraq hər hansısa nasazdıq yaranarsa vaxtında müdaxilə edilməsi üçün lazımi avadanlıq və materiallara nəzarət olunur.