• 23:32

Şamaxıda ticarət mərkəzində yanğın olub

  • 3
21 Sentyabr 2019, 15:36

Şamaxı rayonunda ticarət mərkəzində güclü yanğın hadisəsi baş verib.

 

İnterAz xəbər verir ki, hadisə bu gün səhər saat 5:00 radələrində Şamaxı şəhərinin S.Ə.Şirvani küçəsində yerləşən, sahibkar, 1975-ci il təvəllüdlü Allahverdiyev Zaur Hüseyn oğluna məxsus ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli “Şamaxı” Ticarət Mərkəzində baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Şamaxı və Qobustan Dövlət Yanğından Mühafizə hissələrinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

 

Ticarət obyektinin ikinci mərtəbəsində baş verən yanğın zamanı 200 kvadratmetrlik sahə, eləcə də oradakı müxtəlif ceşidli mallar yanaraq külə dönüb.

 

Yanğınsöndürənlər mağazanın birinci mərtəbəsindəki malları alovdan mühafizə ediblər. Hadisə gecə saatlarında baş verdiyi üçün xəsarət alan olmayıb.

 

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.