• 23:06

Gəncədə məişət zorakılığına qarşı keçirilən layihə ilə bağlı tədbir baş tutub

  • 3
21 Sentyabr 2019, 14:12

Qeyri-Hökümət TəşkilatlaRına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi İLƏ “Kimsəsiz uşaqların sosial dəstəyi” İB-in təşkilatcılığı ilə həyata kecirilən “Uşaqları və gəncləri məişət zorakılığından qorumaq ücün cəmiyyətin maarifləndirilməsi” adlı 4aylıq lahiyənin 2ci tədbiri Gəncə şəhərində baş tutub.

 

Tədbirdə çıxış edənlər qeyd edib ki, son zamanlar cəmiyyətin normal inkişafına mane olan fenomenal bir məsələ- məişət zorakılığı çox şeylər eşidilir.

 

Zorakılıq və onun gündən-günə artan formaları dünyanın ən qorxulu ictimai problemlərindəndir. Bu zorakılıq azyaşlı uşaqlara qarşı yönələndə isə məsələnin daha təhlükəli həddə catdığı aydın olur.

 

Tədbirin məqsədi ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın doğurduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində maarifləndirici tədbirlər həyata keçirməkdir.

 

Layihə çərçivəsində ümüm dörd şəhər və rayonda bu mövzuda tədbirlər keçirilməsi nəzərdə tutulur.