• 14:27

Cəlilabadda elektrik xətlərindən biri insanları təhlükə ilə üz-üzə qoyub

  • 5
21 Sentyabr 2019, 13:57

Cəlilabadda yaşayış məntəqələrindən birində mövcud olan elektrik xətti bütün kəndi təhlükə ilə üz-üzə qoyub. Sözügedən ərazidə bir evə gedən xətlərdə elektrik dirəkləri olmadığından naqillər çəpərlərin üzəri ilə çəkilib. Bu isə kənd sakinləri üçün təhlükə yaradır.

 

Kənd sakinin evinə gedən  elektrik xətləri kiçik diametrli su borusunun içindən keçir.Tragikomik hadisə Cəlilabadın Təklə kəndində yaşanır. Bir neçə il öncə kənd sakini Oqtay Babayev yerli qurumlardan cavab almadıqda yenicə tikdirdiyi evinə elektrik çəkərkən bu üsuldan istifadə etməyə məcbur qalıb. Çünki  Abonent Quraq naqillərdən ibarət bir km-lik elEktrik xəttini yerə yaxın olduğu üçün bu üsulla izoliasiya  edib.Lakin  sonradan yüksək gərginliyə tab gətirməyən naqillər qısaqapanma verərərk daha da təhlükəli vəziyyət yaradıb.

 

Açıq halda olan naqillər çəpərlərə toxunduqda isə təhlükənin miqyası daha genişlənir.Valideynlər isə xoşagəlməz hadisələrdəN çox narahat olduqlarını deyirlər.

 

Məsələ ilə bağlı AZƏRİŞIQ ASC-nin Cəlilabad bölməsindən bildirdilər ki ,yaxın aylarda Təklə kəndi daxil də olmaqla Cəlilabadın digər 2 kəndində elektrik təsərrüfatı tamamilə yenilənərək əraziyə smart tipli müasir sayğaclar quraşdırılacaq. O zaman bu kimi problemlər də tamamilə aradan qalxacaq.