• 22:42

Gəncə Dövlət Dram Teatrı üçün yeni bina tikilir

  • 7
21 Sentyabr 2019, 12:08

Gəncədə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı üçün yeni bina tikilir. 

 

İnterAz-ın bölgə müxbiri xəbər verir ki, ümumi sahəsi 13 min kvadratmetr olacaq Gəncə Dövlət Dram Teatrı binasının inşası üçün bir hektar torpaq sahəsi ayrılıb. 

 

6 mərtəbədən ibarət olacaq tikilinin hazırda sonuncu mərtəbəsində dəmir-beton işləri görülür. Bununla yanaşı binanın aşağı mərtəbələrinin fasad hissəsi bəzək daşları ilə üzlənir. Binada 500 nəfərlik tamaşaçı zalı, aktyor heyətinin dincəlməsi, qrimi üçün otaqlar, eləcə də kafe yaradılacaq. Bundan başqa, obyektin ərazisində qazanxana, transformator və yardımçı qurğular da inşa ediləcək. Tamaşaların yüksək səviyyədə nümayişi üçün fırlanan səhnə, müasir işıqlanma sistemi, məşq otaqları üçün inventarlar, texnika və avadanlıqlar olacaq.

 

Azərbaycan teatr və kino mədəniyyətinə onlarla korifey bəxş edən Gəncə Dövlət Dram teatrı bu ilin yeni mövsümündə 2 yeni tamaşa ilə izləyicilərinin qarşısına çıxacaq.