• 02:45

Sabirabadda Milli Qəhrəman Mübariz Əhmədova həsr olunan futbol yarışı keçirilib

  • 4
12 Sentyabr 2019, 11:35

Sabirabadda Azerbaycan RespubLİkasının Milli Qəhramanı Mübariz Əhmədova həsr olunan Kəndlər arası futbol yarışı keçirilib. Futbol yarışının final gorüşü rayonun Qaratəpə kəndində təşkil edilib. 

 

İnterAz-ın bölgə müxbiri xəbər verir ki, yarış kənd sakinlərinin böyük marağına səbəb olub. Yarış öncəsi Milli Qəhraman Mübariz Əhmədovun qardaşı Əhmədov Qürbət butun komandalara uğurlar arzu edib.

 

 

İlk oyun Qaratəpə və Poladığayı  kəndlərinin komandaları arasında keçirilib. 

 

Oyunda Qara təpə kəndi rəqibindən üstün olub.  

 

Final görüşündə Əsədli ilə Səməd Vurgun kəndlərinin komandaları qarşılaşıblar. Penaltilər seriyası ilə rəqibinə qalib gələn  Semed Vurgun kəndinin komandası qızıl medal və kubokla təltif olunub.  

 

Sonda qalib komanda oz sevincini fanatları ilə bölüşüb.