• 02:42

Tovuzda kənd təsərrüfatı ilə məşğul olan sakinlər dələduzlar tərəfindən aldadılıb

  • 8
11 Sentyabr 2019, 11:45

Tovuz rayonun Aşağı Quşçu kənd sakinlərinin  min bir əziyyətlə yetişdirdikləri kənd təsərüfatı məhsulları dələduzlar tərəfindən mənimsənilib.

 

Kənd sakinlərinin sözlərinə görə, Sevda və Samir adında gənclər bir neçə dəfə sakinlərdən kartof soğan sarımsaq kimi məhsullar alıb, sonra isə pulunu ödəyiblər. Bu vəziyyət bir neçə dəfə təkrarlanıb. Sonda isə həmin şəxslər yenə də sakinlərdən məhsulllar alıb, pulunu ödəyəcəylərini deyiblər. Artıq iki ildir məhsul sahibləri pullarını gözləyir. Lakin nə puldan xəbər var, nə də adıçəkilən şəxslərdən

 

Məsələyə münasibət bildirən kənd bələdiyyə sədri Tofiq Hüseynov isə problemlə bağlı artıq bütün adiyatı qrumların məlumatı olduğunu bildirib.