• 22:32

Karbamid zavodunda indiyədək təxminən 60 min ton karbamid istehsal olunub

  • 16
14 Iyun 2019, 16:25

Karbamid zavodunda indiyədək təxminən 60 min ton karbamid istehsal olunub. Məhsulun satışı üçün birinci tender 30 min ton həcmində  elan olunub və  birinci tenderin qalibi  İsveçrənin şirkəti olub.     

 

İnterAz xəbər verir ki, bu sözləri Karbomid zavodunun  direktoru Xəyal Cəfərov deyib.Onun sözlərinə görə,  Hal- hazırda yükləmə böyük tonnajlı avtomobillər vasitəsi aparılır bu gedir  Hövsan limanına limanda 3 min ton  yükgötürmə qabiliyyətinə malik olan gəmilərə yüklənilir , daha sonra Volq-Don kanalı vasitəsilə  aparılır Qaradənizə. Qaradənizdə  Türkiyəyə satılır.  

 

Karbomedin yüklənməsi 3 cür aparılır. Sənaye üsulu ilə 1000 kq-lıq  yəni 1 tonluq kisələrdə  karbomedin nəqli və ixracı  nəzərdə  tutulur. 

 

İkinci tender təxminən bu ayın sonuna elan olunacaqdır. 

 

Qeyd edək ki,  zavodun gündəlik istehsal həcmi təxminən 2 min tondur.  Bu  ayda 60 min ton, yəni 30 min partiyalari nəzərdə tutsaq iki dəfə tender deməkdir.   Əsas uğur odur ki, indiyədək gübrə xarici valyutaya alınırdı və bu ildə təxminən gübrənin alınmasına  90- 120 milyon dollar  arasında  valyuta xərclənidi. İlk uğur odur ki, artıq o vəsait büdcədə  qalacaq.  Həmçinin belə bir zavodun ölkəmizdə olması  daxili tələbatı ödəməklə bərabər ixraca göndərilən karbamid təxminən ildə  160 milyon dollar  ölkəmizə valyuta gətirəcək. 

 

Qeyd edək ki, birinci partiyanın qalibi  Assfert şirkəti olmuşdur.  Gözlənilir ki, ən böyük   təklif  yerli bazarıda artıq  sözünü demiş  Aqrolizinq  Açıq Səhmdar Cəmiyyətindən gələcəkdir. Onu da vurğulayaq ki, məhsulun.  xarici bazarla yanaşı artıq yerli bazarda da  satışı olub Təxminən 1200 ton . məhsul  yerli bazarda satılıb.