• 02:41

Zaqatalada ər arvadını bıçaqlayaraq qətlə yetirib

  • 28
14 Iyun 2019, 16:05

Zaqatalada ər arvadını bıçaqlayaraq qətlə yetirib.

 

Hadisə axşam saatlarında Zaqatala rayonu Muxax kəndi ərazisində, el arasında “Muxax selpo” deyilən yerdə baş verib. 

 

Rayonun Suvagil kənd sakini 37 yaşlı Büllurə Qədirova əri Qədir Qədirov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

 

Hadisə şahidlərinin verdiyi məlumata görə əri qadına çoxsaylı bıçaq zərbəsi vurub.Hadisə yerinə gələn təcili yardım onu xəstəxanaya aparsada Büllurə Qədirova yolda dünyasını dəyişib.Onun cəsədi müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

 

Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal olunur.

 

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.