• 05:47

Ağstafada barama məhsulunun təhvil verilməsinə başlanılıb

  • 6
13 Iyun 2019, 15:24

Ağstafada bir müddətdir ki,istehsalına başlanılan barama məhsulunun artıq təhvil verilməsinə başlanılıb. Ağstafa aqrar inkişaf mərkəzinin direktoru Ramiz İmanovun sözlərinə görə bu il Ağstafa rayonu üzrə 5 ton barama məhsulunun verilməsi proqnozlaşdırılır. Belə ki, Ötən illərdə olduğu kimi bu ildə  rayonda baramaçılıqla məşğul olmaq istəyən 34 kümçülərə ümumilikdə  2375 qram barama qurdu toxumu paylanılıb. Həmçinin məntəqələrdə  aqrotexniki şərtlərin yüksək olması və həm də işçilərin özlərinin fəaliyyəti üçün yaradılmış münbit şərait nəticəsində cari ildə daha çox barama məhsulunun istehsalına nail olunacağı proqnozlaşdırılır

 

Mərkəzin direktoru onu da bildirdi ki,Rayonda baramaçılığın inkişafı üçün Çin xalq respublikasından gətirilmiş tut tingləri əkilib ki,  yaxın gələcəkdə həmin tinglərdən yem bazası kimi istifadə etmək mümkün olacaq. 

 

Bütün bu amillər isə öz növbəsində rayonda baramaçılığın inkişafına birbaşa müsbət təsir göstərəcək.