• 01:46

Yardımlıda yük maşını dərəyə aşıb, 1 ölü, 2 yaralı var

  • 18
13 Iyun 2019, 14:42

Yardımlıda yük avtomobili dərəyə yuvarlanıb, 1 nəfər ölüb.

 

İnterAz-ın bölgə müxbiri xəbər verir ki, qəza rayonunun Horonu kəndi ərazisində el arasında “Böyük Dərə” adlanan yerdəki otlaq sahədə baş verib. 

 

Köryədi kənd sakini, 1992-ci il təvəllüdlü Ceyhun Cavanşir oğlu Əbişov etibarnamə əsasında idarə etdiyi “KAMAZ markalı avtomobillə ot kipləri yığmaq üçün hərəkətdə olarkən idarəetməni itirib. 

 

Nəticədə avtomobil 500 metr məsafədə yuvarlanaraq dərəyə düşüb. 

 

Qəza nəticəsində avtomobildə olan sərnişin Yardımlı rayonu Arvana kənd sakini, 1978-ci il təvəllüdlü Namik Mirhəsən oğlu Həsənov aldığı xəsarətlərdən hadisə yerində keçinib.

 

Onun həmkəndlisi 2001-ci il təvəllüdlü Rafiz İbrahim oğlu Həsənov isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Yardımlı Rayon Mərkəzi Xəstəxanası tərəfindən qəbul edilmədiyi üçün Masallı Rayon Mərkəzi Xəstəxanasında əməliyyata alınıb. 

 

Vəziyyəti ağır qiymətləndirilən yaralının Reanimasiya Şöbəsində müalicəsi davam edir.

 

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.