• 08:52

Oman dənizində 2 neft gəmisinə hücum edilib, partlayışlar baş verib

  • 8
13 Iyun 2019, 14:33

Bu gün səhər saatlarında Oman dənizində təxminən bir saat fərqlə hücuma və partlayışa məruz qaldığı deyilən 2 neft tankerinin 44 nəfərdən ibarət ekipajı xilas edilib.

 

İnterAz xəbər verir ki, bu barədə İranın Limanlar və Dəniz Nəqliyyatı Təşkilatının təhlükəsizlik məsələləri üzrə şöbəsinin sədri Əlirza Xocəstə məlumat verib.

 

Bildirilib ki, bu gün səhər saatlarında yardımla bağlı mesaj daxil olan kimi hadisə bölgəsinə xilasetmə dəstələri cəlb edilib, hər iki gəmidən ümumilikdə 44 nəfər xilas edilib.

 

Onlar təxliyə edilərək, İranın Casək dəniz limanına aparılıblar.

 

Qeyd edilir, Panama bayrağı ilə üzən “Kokuka Courageous” və Marşal Adaları bayrağı ilə üzən “FRONT ALTAİR” neft tankerinin ekipaj üzvlərinə lazıiı yardımlar göstərilib.

 

İran mənbələri bildirib ki, gəmilərdən birində yanğın şiddətli şəkildə davam edir və onun batma ehtimalı var.

 

Bu, son ayda gərginliyin hökm sürüdüyü Oman dənizi və Fars Körfəzi yaxınlığında neft tankerlərinə edilən ikinci hücumdur.