• 02:02

Su həyatın əsasıdır

  • 3
10 Iyun 2019, 14:41

Bədənimizin əksər hissəsini su təşkil edir. Həkimlər bildirir ki, lazımi miqdarda su içmədikdə orqanizmdə ciddi fəsadlar yaranır. Unutmamalıyıq ki, toksinlər bədəndən su vasitəsilə atılır.

 

Mütəxəssislər gündəlik su miqdarının qəbul etdiyimiz kalori ilə mütənasib olduğunu bildiriblər. Məsələn, gündəlik rasionu 2000 kalorilik olan biri 2 litr su içməlidir. Kalori miqdarı artdıqca su miqdarı da artır.

 

Bundan əlavə,  həmçinin mütəxəssislər vurğulayırlar ki, sağlam insanın gündəlik su ehtiyacı onun gün ərzindəki aktivliyi, çəkisi, yaşadığı iqlimin xüsusiyyətləri, iş rejimi ilə bağlı olaraq dəyişir. Xüsusilə də yay aylarında bədəndən çoxlu tər ifraz olunduğu üçün maye miqdarına diqqət etmək lazımdır. 

 

 Bəs maraqlıdır yay aylarında  əsas ehtiyac  kimi qəbul olduğu qədər  su digər hansı  meyarlarda əsas ölçü vahidi ola bilər?

 

 Əvvəlcə qeyd edək ki,  suyun  kimyəvi formulu  hər birimizə məlum olan H2O şəklindədir. Rəngsiz, dadsız və iysiz mayedir. Təbiətdə suyun 2 növü vardır: adi və Ağır su. Ağır suyun tərkibində hidrogenin yerinə izotop deyterium olur. Bundan adətən atom reaktorlarında ağır sudan neytron yavaşladıcı kimi istifadə edilir. Süni yolla tərkibində tritium olan daha ağır su əldə edilmişdir.

 

Dünyadakı bütün canlıların  bitkilər heyvanlar, insanlar orqanizmi bu və ya digər nisbətdə, sudan ibarətdir. İnsanın vücudunun hər yerində - qanda, sümükdə, əzələdə, daxili orqanlarda və s. az və ya çox miqdarda su olur. 

 

Su həm də çox universal mühitdir. İnsan qidasını təşkil edən maddələrin böyük əksəriyyəti suda həll olur. Su olmasa, insanın həzm prosesi pozular, orqanizmin qidalanması mümkün olmaz. Belə ki, bütün qida maddələri yalnız suda həll olmuş vəziyyətdə insanın həzm sistemi tərəfindən "emal" oluna bilir. Suyun insan həyatı üçün faydası, həm də onun nisbi təmizliyi ilə şərtlənir. 1 dəqiqə ərzində insan orqanizmində 4 milyon eritrosit -qırmızı qan kürəciyi  məhv olur, elə o qədəri də yaranır. Su özü ilə gətirdiyi "çirkab" vasitəsilə qanı korlayır – orqanizmdə mutagen dəyişikliklər yaradır və DNT-lərə yəni genlərə yazılmış "genetik informasiya"nı dağıdır. 

 

Ən sadə hesab etdiyimiz maddə olan su, əslində, özündə bir çox sirr saxlayır. Alimlər hələ də onu tədqiq edir və bu maddə haqqında yeni-yeni maraqlı məlumatlar əldə edirlər.

 

 Bunlardan biri də suyun  dieta vasitəsi olmasıdır.

 

Suyun köməyi ilə artıq çəki ilə mübarizə aparmaq olar. İçkilərdən yalnız sudan istifadə etməklə rasionun ümumi kalori miqdarını azaltmaq mümkündür. Çünki yalnız su içməkə insan əvvəla kalorili qazlı içkilər və şirələr içməyi dayandırır, həm də çay və qəhvədən fərqli olaraq, su içdikdən sonra insan şirniyyat yeməyə meylli olmur.

 

Su ürək tutması riskini azaltmağa imkan verir. Araşdırmalar zamanı alimlər müəyyən ediblər ki, gündə təxminən altı stəkan su içənlər gün ərzində iki stəkan su içən insanlardan daha az ürək tutması riski daşıyırlar.

 

 Su həyatın əsasıdır. İnsan susuz az müddət yaşaya bilər.

 

Suya tələbat okigenə olan tələbatdan sonra ikinci yerdə durur. İnsan qidasız təxminən altı həftə, susuz isə cəmi 5-7 sutka yaşaya bilər. İnsan bütün ömrü ərzində təxminən 35 ton su içir.

 

 Sonda onu da bildiərk ki, dünyada ən təmiz su Finlandiyadadır. Təzə və təbii su araşdırmalarında indiyədək 122 ölkə iştirak edib. Bununla belə, dünya üzrə bir milyard nəfər ümumiyyətlə təhlükəsiz suya çıxışa malik deyil.