• 01:05

Xəzər dənizinin Lənkəran sahilləri məişət tullantılari ilə çirklənib

  • 9
20 Aprel 2019, 16:26

Xəzər dənizin Lənkəran sahillərində bəzi ərazilər baxımsızlıq səbəbindən məişət tullantıları ilə çirklənib.

 

Qarşıdan yay fəslinin gəldiyini nəzər alsaq həmin ərazilərdən çimərlik kimi istifadə etməyin təhlükəli olduğun demək olar.

 

Antisanitaryanın hökm sürdüyü yerləri əməkdaşlarımızn hazırladığı süjetdə görəcəksizniz.

 

Xəzər dənizin Lənkəran sahillərində bəzi ərazilər baxımsızlıq səbəbindən məişət tullantıları ilə çirklənib. Ən acınacaqlı vəziyyət Lənkərançayın Xəzər dənizinə qovuşduğu sahilboyu ərazilərdədir. Payız və qış aylarında  çayın vastəsi ilə dənizə tökülən tullantıları sonradan dalğaların sahilə çıxarması mövcud mənzərəni yaradıb. Məişət tullantılalrını birbaşa sahilboyu ərazilərə atan sakinlər  də az deyil.

 

Artıq havaların isinməsi ilə ətrafa xoşagəlməz iy də yayılmağa başlayıb. Sözsüz ki, bu kimi çirklənmənin dənizin flora və faunasına da mənfi təsirləri var.

 

Xəzərin sahilini çirkləndirən şəxəslərə gəldikdə isə qurum rəsmisi əlavə etdi ki, həmin sakinlər müəyyən olunaraq barələrində inzibati qaydada tədbirlər görüləcək.