• 08:50

Cənub bölgəsinə güclü qar yağıb

  • 8
20 Aprel 2019, 16:21

Ötən gündən etibarən Cənub bölgəsində yağışla müşaiət olunan hava qarla əvəz olunub.

 

İnterAz-ın bölgə müxbiri xəbər verir ki, bölgədə ən çox Qar Lerik və Yarımlı rayonuna düşüb. Lənkəran regional Hidrometrelogiya müəsssindən verilən məlumata görə, Cənub bölgəsində qar ən çox Yardımlının Deman kəndinə yağıb.Burada  qarın hündürlüyü 18 metrə çatıb. Havanın tempreaturunun gün ərzində mənfi 3 dərəcəyə qədər düşməsi bağlarda artıq çiçək açmış bir sıra ağaclara ziyan vurub

 

Hazırda da bölgədə qar yağmaqda davam edir. Qarlı hava şəraitinin aprel ayının 24 kimi davam edəcəyi gözlənir. Bundan başqa yağışın müşaiəət olunduğu rayonlardakı çaylarda da bol sululuq müşahidə olunmağa başlanıb. Hidremetroloqların praqnozuna görə, Cənub rayonlarından keçən bəzi dağ çaylarında selin kəsməsi gözlənilir.