• 21:36

Qədim sənət növü olan çəkməçiliyə hələ də maraq varmı?

  • 12
15 Fevral 2019, 16:51

Əvvəllər hər addımbaşı pinəçilərə çəkməçilərə rast gəlinirdi. Hazırda isə onlara çoxda rast gəlinmir. Hətta elə olur ki, ehtiyac duyduğumuz zaman belə onları tapmaq müşkülə çevrilir. 

 

İnterAz-ın bölgə müxbirinin verdiyi məlumata görə, elə buna görə də, ölkə ərazisində bu sənəti inkişaf elətdirənlər hələ də var.

 

Məsələn Göygöl rayonunda ona ulu babasından qalan və bu sənəti davam etdirən Tural ustaya rast gəldik. 

 

Usta deyir ki, əvvələr babaları tək pinəçiliklə məşqul olurdu. İndi isə O, çəkməçilik sənətinə də maraq göstərir, dəbə və istəyə uyğun ayaqqabılar tikirlər. Usta deyir ki,bölgələrdə hələ də çəkməçilərə tələbat var. Müsahibimin sözlərinə görə, həmin ayaqqabılar mağazalarda olanlardan heç də fərqlənmir

 

İndi Tural Əlişovun bacarığından xəbər tutaraq,ona ayaqqabı tikdirənlərin sayı günü gündən artır.