• 01:01

Bakıda "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi" istifadəyə verilib

  • 13
14 Fevral 2019, 13:55

Bakıda Aqrar Tədqiqatlar Mərkəzində "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi"nə həsr olunmuş mətbuat konfransı keçirilib.

 

İnterAz xəbər verir ki, kənd təsərrüfatı və informasiya sistemlərinin inkişafı departamentinin müdiri Nail İsmayılov  bildirib ki, “Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması 2015-ci ildən prioritet vəzifə olaraq nazirliyin fəaliyyətinin əsas xəttini təşkil edir. Bütün bu fəaliyyət prinsiplərimizin əsas qayəsi dövlət qulluqçusu və fermer münasibətlərinin elektron müstəviyə keçirilməsinə nail olmaqdır. Bu məqsədlə Bakıda və respublikanın bütün rayonlarında yeni inşa edilmiş Dövlət Aqrar İnkişaf Mərkəzləri ən müasir avadanlıqlarla təchiz olunub, modern maddi-texniki baza, zəruri informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilib.

 

Nazir müavini İlhamə Qədimova çıxışında sistemin əhəmiyyətinə toxunub. Qeyd olunub ki, bu sistem əlavə vaxt itkisinin və bürokratik əngəlləri aradan qaldırılmasına, şəffaflığı təmin edilməsinə, fermer üçün lazımi xidmətlərin heç bir yerə getmədən, əlavə xərc çəkmədən, elektron qaydada müraciətin ünvanlanmasını və xidmətin alınmasını təmin etməsinə gətirib çıxaracaq.

 

Daha sonra mətbuat konfransında çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimiayyətlə əlaqələr şöbəsinin müditi Vüqar Hüseynov bildirib ki, “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”nin tətbiq edilməsi kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına, ölkəmizdə aqrar sahənin inkişafına, davamlı ərzaq təhlükəsizliyinin, iqtisadi inkişafın, innovativ kənd təsərrüfatı texnologiyalarının tətbiqinə xidmət edir. 

 

Qeyd edək ki, EKTİS-nın yaradılmasında əsas məqsədlərdən biri dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyaların, o cümlədən barama istehsalına, pambıq, tütün və şəkər çuğundurunun becərilməsinə görə subsidiyaların verilməsi, habelə mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satışı sahəsində şəffaflığın daha da artırılması, bütövlükdə subsidiyaların verilməsi mexanizminin təkmilləşdirilməsi, habelə məhsul istehsalçıları (fermerlər) və onların istifadə etdikləri resurslar haqqında vahid məlumat bazasının yaradılmasından ibarətdir.